Çərşənbə 30.11.2022

UEFA Avropa Konfrans Liqasında yarımfinalçılar məlum oldu

UEFA Avropa Konfrans Liqasında yarımfinalçılar məlum oldu

Bu gün UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Gecənin ilk matçında "Lester" Niderlandda PSV-nin qonağı olub. İngiltərədəki qarşılaşma qolsuz bitmişdi. İkinci görüşdə qələbə qazanan "Lester" yarımfinala yüksəlib.

Niderlandın digər təmsilçisi "Feyenoord" Praqada "Slaviya" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyun məhsuldar heç-heçə ilə yekunlaşmışdı - 3:3. Budəfəki dueldən 3:1 qalib ayrılan "Feyenoord" mərhələ adlayıb.

"Marsel" Yunanıstanda PAOK-la üz-üzə gəlib. İlk görüşdə 2:1 hesablı qalibiyyət əldə edən Fransa təmsilçisi cavab qarşılaşmasında da sevinərək adını yarımfinala yazdırıb. "Roma" isə Norveçin "Budyö Qlimt" klubunu sınağa çəkib. İtaliya klubu səfərdə rəqibinə 1:2 uduzmuşdu. Ancaq cavab görüşündə 4 cavabsız qolla qələbə qazanan "Roma" yarımfinala yüksəlib.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun - 0:0

"Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: İbrahim Traore, 14 - Siril Dessers, 2; 59. Luis Sinisterra, 78
Qırmızı vərəqə: Taras Kaçaraba, 90+4 ("Slaviya")
İlk oyun - 3:3

PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Dmitri Payet, 34
İlk oyun - 1:2

"Roma" (İtaliya) - "Budyö Qlimt" (Norveç) - 4:0
Qollar: Temmi Abraham, 5. Nikolo Dzanyolo, 23; 29; 49
İlk oyun - 1:2