Cümə 30.09.2022

Azərbaycan kubokunun yarımfinalı rəqəmlərin gözü ilə

Azərbaycan kubokunun yarımfinalı rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. İlk oyunlar eyni gündə keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki çempionat oyunlarının balansını təqdim edib.

Azərbaycan kuboku

Yarımfinal

“Qəbələ” – “Qarabağ” – 11 oyun, +2=5-4, top fərqi 8-14

7-ci dəfə yolları kəsişən komandaların duellərində 4 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” üstün olub. Son üç matçda ağdamlılar qələbə qazanıb.

2011/12

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

2:2, 0:0

2012/13

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

1:1, 0:0

2013/14

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

0:0, 2:1

2016/17

final

Qarabağ (Ağdam) - Qəbələ

2:0

2018/19

1/2 final

Qəbələ - Qarabağ (Ağdam)

1:0, 1:2

2020/21

1/4 final

Qarabağ (Ağdam) - Qəbələ

3:1, 3:0

“Zirə” – “Neftçi” – 6 oyun, +3=1-2, top fərqi 4-6

İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda üç dəfə kəsişib. Əvvəlki duellərdə ilk matçı səfərdə keçirən komanda mərhələ adlayıb.

2016/17

1/4 final

Zirə (Bakı) - Neftçi (Bakı)

0:3, 2:1

2017/18

1/4 final

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0, 0:2

2020/21

1/4 final

Neftçi (Bakı) - Zirə (Bakı)

0:1, 0:0