Cümə 30.09.2022

Voleybol üzrə "Zəfər kuboku"nun finalı "CBC Sport"da

Voleybol üzrə "Zəfər kuboku"nun finalı "CBC Sport"da

Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan “Zəfər kuboku” təşkil edəcək.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.

Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.

Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022 mövsümün rəsmi bağlanışı olacaq.