Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçiriləcək.ib.
Gecənin yeganə matçında "Real Madrid" İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub.
"Etihad" stadionundakı görüş kifayət qədər məhsuldar alınıb. 7 qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
Yarımfinalın digər matçı aprelin 27-də İngiltərədə "Liverpul" və "Vilyarreal" arasında baş tutacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
26 aprel
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:3
Qollar: K.D.Bruyne, 2. Q.Jezuş, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Mançester, "Etihad" stadionu