Cümə 29.03.2024

Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşib

Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşib

UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Azərbaycan milli komandasının səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.

Belarus – Azərbaycan oyunu Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.