Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
"Leyptsiq" evdə "Reyncers"i qəbul edib. "Red Bull Arena"dakı matçın taleyini bir qol həll edib. Anxelinyo oyunun sonlarında Almaniya klubuna qələbə qazandırıb.
Gecənin digər qarşılaşmasında "Vest Hem" doğma meydanda "Ayntraxt"la üz-üzə gəlib. Matçı Frankfurt təmsilçisi 2:1 hesabı ilə öz xeyrinə başa vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
"Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Anxelinyo, 85.
Baş hakim: Benua Bastyen (Fransa)
Leyptsiq, "Red Bull Arena"
"Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar: Antonio, 21 – Knauff, 1. Kamada, 54.
Baş hakim: Sərdar Gözüböyük (Niderland)
London, "Vest Hem" stadionu