Bu gün UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Marsel" Niderlandda "Feyenoord"la üz-üzə gəlib. 5 qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri 3:2 hesablı qalibiyyətə sevinib.
Gecənin digər matçında "Roma" İngiltərədə "Lester"in qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.
UEFA Konfrans Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
"Feyenoord" (Niderland) - "Marsel" (Fransa) - 3:2
Qollar: Dessers, 18; 46. Sinisterra, 20 – Dienq, 28. Jerson, 40
Baş hakim: Maykl Oliver (İngiltərə)
Rotterdam, "Feyenoord" stadionu
"Lester" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1
Qollar: Lukman, 67 – Pelleqrini, 15
Baş hakim: Karlos del Serro (İspaniya)
Lester, "Kinq Pauer" stadionu