Cümə 26.04.2024

"Qarabağ" APOEL-ə uduzdu

"Qarabağ" APOEL-ə uduzdu

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə qarşılaşıb.

Bu, “Qarabağ”ın APOEL-lə bu mövsüm dördüncü matçı olub. Əvvəlcə Çempionlar Liqası çərçivəsində rəqibinə səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz doğma meydanda 0:2 uduzaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalmışdı.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda təşkil olunan oyunda isə qalib müəyyənləşməmişdi – 2:2. Nikosiyada hesabı açan tərəf "Qarabağ" olsa da, meydan sahibləri sonradan iki qol vurmaqla, görüşün taleyini həll ediblər.

A qrupunun digər oyununda “Düdelanj” evdə “Sevilya” klubuna 2:5 hesabı ilə məğlub olub.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: L.Souza, 59. G.Efrem, 88 - M.Medvedev, 10

Baş hakim: Manuel Şüttenqruber

Yan xətt hakimləri: Roland Brandner və Robert Ştaynaxer

Dördüncü hakim: Kristofer Joger (hamısı Avstriya)

Nikosiya, “GSP Arena”.