Cümə 26.04.2024

Azərbaycan Kuboku: "Qarabağ" 5 ildən sonra, "Zirə" isə tarixində ilk dəfə finalda

Azərbaycan Kuboku: "Qarabağ" 5 ildən sonra, "Zirə" isə tarixində ilk dəfə finalda

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Bununla da turnirin finalçıları müəyyənləşib.

Günün ilk matçında "Qarabağ" "Qəbəl"ni qəbul edib. "Azersun Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olub. Səfərdə 3:1 hesablı qələbə qazanan Ağdam klubu ikinci oyunda 5 cavabsız qolla qələbə qazanaraq 5 ildən sonra ölkə kubokunda finala yüksəlib.

Yarımfinalın digər oyununda "Neftçi" "Zirə" ilə üz-üzə gəlib. "Bakcell Arena"dakı matçı FIFA referisi Əliyar Ağayev idarə edib. Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Cavab qarşılaşmasının əsas və əlavə vaxtında da qapılar toxunulmaz qalıb. Penaltilər seriyasında daha dəqiq olan "Zirə" tarixində ilk dəfə kubokun finalına vəsiqə qazanıb.

Azərbaycan Kuboku, yarımfinal

Cavab oyunları

29 aprel (cümə)

"Qarabağ" - "Qəbələ" - 5:0
Qollar: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Azersun Arena".
İlk oyun - 3:1

"Neftçi" - "Zirə" - 0:0 (penaltilər 4:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:0