Cümə axşamı 28.03.2024

"Liverpul" əzmkar qələbə ilə Çempionlar Liqasının finalında

"Liverpul" əzmkar qələbə ilə Çempionlar Liqasının finalında

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada "Liverpul"la üz-üzə gəlib. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib. Matça yaxşı başlayan "Vilyarreal" ilk hissəni 2:0 öndə bitirib. Amma İngiltərə təmsilçisi fasilədən sonra oyunda dönüş yaratmağı bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan "Liverpul" əzmkar qələbə ilə finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: B.Dia, 3. F.Koklen, 41 - Fabinyo, 62. L.Dias, 67. Mane, 74
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, "Estadio de la Keramika" stadionu