Cümə 29.03.2024

“Zirə” “Qəbələ”yə uduzdu, “Neftçi” “Sumqayıt”a qalib gəldi

“Zirə” “Qəbələ”yə uduzdu, “Neftçi” “Sumqayıt”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub. Sonuncu oyun günündə 2 görüş keçirilib.

Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəliblər. Şəxsi görüşlərdə 5 oyundur rəqibinə uduzmayan bölgə təmsilçisi uğurlu seriyanı bu matçda da davam etdirib. Bundan əlavə, çempionatda 9 oyunluq qalibiyyətsizlik seriyasına son qoyan “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Zirə” isə 3-cü yerdədir.

Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı təmsilçisi "Neftçi"ni sınağa çəkib. Son 6 ev qarşılaşmasında rəqibinə qalib gələ bilməyən "Sumqayıt" 10 nəfərlə başa vurduğu oyunda yenə xal itkisi ilə üzləşib. Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.

İlk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Azərbaycan Premyer Liqası

XXV tur

4 may

"Zirə" - "Qəbələ" - 0:3
Qollar: F.Lopes, 26. R.Utziq, 45. O.Hani, 81
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.

"Sumqayıt" - "Neftçi" - 0:2
Qollar: T.Bezerra, 12; 62.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"