Cümə 30.09.2022

"Real Madrid" əzmkar qələbə ilə Çempionlar Liqasının finalında

"Real Madrid" əzmkar qələbə ilə Çempionlar Liqasının finalında

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda "Mançester Siti"ni qəbul edib. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olub.

İlk matçda səfərdə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzan “Real Madrid” cavab görüşündə əzmkarlıq nümayiş etdirərək 4 mövsümdən sonra finala yüksəlib.

Oyunun əlavə vaxtında fərqlənməklə komandasını finala daşıyan Kərim Benzema bu mövsüm mötəbər yarışda 15-ci qolunu vurub. Bundan əlavə, pley-off matçlarında 10-cu dəfə rəqib qapısına yol tapan fransalı hücumçu Kriştianu Ronaldunun rekorduna şərik çıxıb.

Beləliklə, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Komandalar sonuncu dəfə 2018-ci ildə nüfuzlu turnirin finalında üz-üzə gəlmişdilər və İspaniya klubu 3:1 qalib gəlmişdi. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1
Qollar: Rodrqio, 90; 90+2. K.Benzema, 95-pen – R.Mahrez, 73.
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu.
İlk oyun - 3:4