Cümə axşamı 25.04.2024

Təxirə salınmış "Qarabağ" - "Sumqayıt" oyununun vaxtı açıqlandı

Təxirə salınmış "Qarabağ" - "Sumqayıt" oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış görüşün keçiriləcəyi vaxt və stadionu müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, "Qarabağ" - "Sumqayıt" matçı mayın 12-də olacaq.

“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.