Bu gün Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış bir oyun keçirilib. "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
"Azersun Arena"da təşkil edilən qarşılaşma vaxtından əvvəl çempionluğu təmin edən Ağdam klubu üçün formal xarakter daşıyıb. Son üç matçda quru hesabla uduzan "Gənclik şəhəri" təmsilçisi yenə eyni aqibətlə üzləşib. Qurban Qurbanovun komandası 5 cavabsız qolla qalib gəlib.
Lider "Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi isə 18 xalla 7-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XVI turdan təxirə salınmış oyun
12 may (cümə axşamı)
"Qarabağ" – "Sumqayıt" - 5:0
Qollar: F.Ozobiç, 4. P.Andrade, 11. K.Borges, 30; 52. İ.Vadji, 31.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
"Azersun Arena".