Cümə 19.04.2024

"Zirə" və "Qəbələ" UEFA Avropa Konfrans Liqasına vəsiqə qazandı

"Zirə" və "Qəbələ" UEFA Avropa Konfrans Liqasına vəsiqə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib. Bütün qarşılaşmalar saat 17:00-da başlayıb.

Çempionluğu təmin edən "Qarabağ" autsayder "Səbail"in qonağı olub və 3:0 hesablı qələbə qazanıb.

UEFA Avropa Konfrans Liqasına vəsiqə qazanmağı hədəfləyən "Sabah" "Sumqayıt"ı qəbul edib. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.

Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olub və 1:0 hesablı qalibiyyətə sevinib.

"Zirə" gümüş medalları təmin edən "Neftçi" ilə üz-üzə gəlib. Bu qarşılaşmanın da taleyini bir qol həll edib. Qəsəbə təmsilçisi meydandan qalib ayrılıb.

Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalla ikincidir. "Zirə" 46 xalla 3-cü, "Qəbələ" 44 xalla 4-cü pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə əldə edə bilməyən "Sabah" 40 xalla 5-ci yerdədir.

Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Avropa Konfrans Liqasına vəsiqələri rəsmiləşdiriblər. Onlarla yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Azərbaycan Premyer Liqası, XXVII tur

15 may (bazar)

“Səbail” – “Qarabağ” - 0:3
Qolar: R.Hüseynli, 70. M.Qurbanlı, 87. R.Şeydayev, 90+1.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

“Sabah” – “Sumqayıt” - 2:2
Qollar: K.Sebalyos, 90+5-pen. A.Kaşuk, 90+6 – V.Hüseynov, 56. R.Sadıxov, 83.
Qırmızı vərəqə: A.Seydiyev, 53.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

“Şamaxı” – “Qəbələ” - 0:1
Qol: E.Səfərov, 25
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu

“Zirə” – “Neftçi” - 1:0
Qol: R.Əhmədov, 81
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu