Cümə 19.04.2024

“Bakı Marafonu 2022” başa çatdı - FOTO

“Bakı Marafonu 2022” başa çatdı - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonu başa çatıb.

Kişi iştirakçılar arasında qalib rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 03 dəqiqə 11 saniyəyə qət edib.

Qadın iştirakçılar arasında qalibi isə ukraynalı 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.

Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi isə 51 yaşlı Mehman Ramazanzadədir. O, qələbəni 57 dəqiqəyə qazanıb.

“Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub. 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilib.

“Bakı Marafonu 2022”nin qalibləri 2 kateqoriya üzrə seçilib. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Birinci yer sahibi 3000 AZN, ikinci yer - 2000 AZN, üçüncü yer - 1000 AZN məbləğində mükafatlandırılıb, həmçinin medal və sertifikatlarla təltif edilib.

“Bakı Marafonu 2022” başa çatdı - FOTO
“Bakı Marafonu 2022” başa çatdı - FOTO