news-details
Xəbərlər

AFFA Region Liqasının finalçısına texniki məğlubiyyət verildi

AFFA Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz-Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Yarımfinal mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qarşılaşma "Araz-Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də, saat 16:00-da Şamaxı şəhər stadionunda oynanılacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər