Cümə axşamı 25.04.2024

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vuruldu

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Sonuncu - XXVIII turda avrokuboklara vəsiqəni ötən tur təmin edən "Zirə" "Şamaxı"nı qəbul edib. 3-cü pillədə qərarlaşan qəsəbə təmsilçisi qələbə qazanacağı halda bürünc medallara sahib çıxacaqdı. Matç qolsuz bitib. Buna baxmayaraq "Zirə" bürünc medalları qazanmağı bacarıb. 3-cü pilləyə digər iddialı "Qəbələ"nin "Sabah"la ev oyununda xal itirməsi həlledici olub.

Sumqayıtda eyniadlı komanda ilə "Səbail" üz-üzə gəlib. Bu görüşü autsayderlərin dueli də adlandırmaq olar. Görüş "Sumqayıt"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Mövsüm "Qarabağ" və "Neftçi" arasında keçirilən Azərbaycan derbisi ilə bitib. Çempion Ağdam təmsilçisi rəqibinə 4:1 qalib gəlib.

Azərbaycan Premyer Liqası

XXVIII tur

21 may (şənbə)

“Zirə” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə: H.Keyta, 87
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Sabah” - 1:1
Qollar: M.Musayev, 68 – A.Kaşuk, 86
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

“Sumqayıt” – “Səbail” - 5:0
Qollar: A.Nuriyev, 4. Ə.Qurbani, 35; 42. E.Bədəlov, 51. V.Bəybalayev, 86
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena".

“Qarabağ” – “Neftçi” - 4:1
Qollar: P.Andrade, 5; 14. K.Borges, 10. İ.Brkiç, 57 (avtoqol) – R.Maçado, 71
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”