Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Sonuncu oyun günündə də iki görüş keçirilib.
“Sabah” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. İlk dövrədə 1:0 hesabıyla qalib gəlmiş "Gənclik şəhəri" təmsilçisi bu uğuru səfərdə də təkrarlamağı bacarıb. 4 qolun qeydə alındığı oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıb.
Tura “Qarabağ” – “Zirə” oyunu ilə yekun vurulub. Birinci dövrədə 3:1 qələbə qazanmış Ağdam klubu bu oyunun da favoriti idi. Ancaq "Qarabağ" 1:1 bərabərə qalaraq mövsümdə 3-cü dəfə xal itkisi ilə üzləşib.
Turun digər oyunlarında “Keşlə” “Neftçi”yə (2:1), “Qəbələ” isə “Səbail”ə (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
XI tur
10 noyabr
“Sabah” – “Sumqayıt” - 1:3
Qollar: U.Diallo, 32 - P.Babayi, 56. M.Şərifi, 76. Ə.Ağayev, 90+5
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Masazır. “Bank Respublika Arena”
“Qarabağ” – “Zirə” - 1:1
Qollar: M.Qeye, 5 - R.Qadze, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.