Cümə axşamı 28.03.2024

UEFA Avropa Konfrans Liqasının ilk qalibi "Roma" oldu

UEFA Avropa Konfrans Liqasının ilk qalibi "Roma" oldu

Bu gün UEFA Avropa Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib. İlk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gəliblər.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edib. Matçın taleyini bir qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Bundan əlavə, Joze Mourinyo isə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasını qazanan ilk mütəxəssis kimi tarixə düşüb.

UEFA Avropa Konfrans Liqası

Final

25 may

"Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 1:0
Qol: Zaniolo, 32.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Tirana, Milli Arena.