Cümə 26.04.2024

Rövnəq Abdullayev “Alanyaspor”un prezidenti ilə görüşüb

Rövnəq Abdullayev “Alanyaspor”un prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb. Görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.