Çərşənbə axşamı 16.04.2024

"Sabah"da yeni müqavilə

"Sabah"da yeni müqavilə

“Sabah” Aleksey İsayevlə yeni müqavilə bağlayıb. Klubdan verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimidir.

Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.