Cümə 19.04.2024

"Səbail" yeni baş məşqçisini açıqladı

"Səbail" yeni baş məşqçisini açıqladı

"Səbail" klubu yeni baş məşqçisini açıqlayıb. Paytaxt təmsilçisindən verilən xəbərə görə, "dənizçilər" Mahmud Qurbanova tapşırılıb.

49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.