Şənbə 20.04.2024

“Qarabağ”dan “qızıl dubl”!

“Qarabağ”dan “qızıl dubl”!

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşıblar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olub. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” kubokun qalibi və “qızıl dubl” müəllifi olub.

Beləliklə, Ağdam təmsilçisi 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib - 5.

Azərbaycan Kuboku

Final

27 may

"Qarabağ" - "Zirə" - 1:1 (penaltilər 4:3)
Qollar: A.Zubir, 69 – H.Keyta, 17.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov