Şənbə 20.04.2024

"Real Madrid" 14-cü dəfə Çempionlar Liqasını qazandı

"Real Madrid" 14-cü dəfə Çempionlar Liqasını qazandı

UEFA Çempionlar Liqasında final oyunu keçirilib. Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçirilən görüşdə "Liverpul" və "Real Madrid" komandaları üz-üzə gəlib.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olmuşdu. Bunların 4-də “kral klubu”, 3-də mersisaydlılar qələbə qazanmışdısa, bir görüşdə qalib müəyyənləşməmişdi. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü vardı – 10:8.

Bu, “Real” və “Liverpul”un Çempionlar Liqasının finalında 3-cü dueli idi. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxmışdılar. 1980/81 mövsümündə İngiltərə təmsilçisi, 2017/18 mövsümündə isə İspaniya klubu turnirin qalibi olmuşdu.

Fransalı referi Kleman Türpenin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.

Beləliklə, "Real Madrid" 4 ildən sonra tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.