Çərşənbə axşamı 30.04.2024

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan millisinin heyətində dəyişiklik

İspaniyanın "Albasete" klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə "Zirə" klubundan Elvin Camalov çağırılıb.

AFFA-nın verdiyi xəbərə görə, Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.

E.İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.