Cümə axşamı 25.04.2024

Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının I turunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim İştvan Vada laynsmanlar qismində Vencel Tot və İştvan Albert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 3-də Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.