Cümə axşamı 28.03.2024

DÇ-2022, pley-off: Ukrayna millisi qələbə qazanıb Uelsə rəqib oldu

DÇ-2022, pley-off: Ukrayna millisi qələbə qazanıb Uelsə rəqib oldu

Şotlandiya və Ukrayna milliləri arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə bitib.

Ukrayna finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə təşkil olunacaq matç mundiala sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

DÇ-2022

Pley-off mərhələsi, yarımfinal

1 iyun

Şotlandiya – Ukrayna 1:3
Qollar: Makqreqor, 79 – Yarmolenko, 33. Yaremçuk, 49. Dovbik, 90+5
Baş hakim: Denni Makkelli (Niderland)
Qlazqo, “Hempden Park” stadionu