Şənbə 20.04.2024

Azərbaycan millisi UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

Azərbaycan millisi UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Canni De Byazinin çalışdırdığı komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olub.

Nur–Sultandakı "Astana Arena"da oynanılan matçı İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.

Azərbaycan millisi tarixində indiyədək Qazaxıstanın əsas komandası ilə 9, U-21 yığması ilə 1 oyun keçirib. 10 qarşılaşmanın 4-də yığmamız məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup

Qazaxıstan - Azərbaycan - 2:0
Qollar: Abat Aymbetov, 50; 60
Baş hakim: İştvan Vad
Qazaxıstan. Nur-Sultan. "Astana Arena"