Cümə 26.04.2024

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb. U-21-in qollarını 3 və 33-cü dəqiqələrdə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev və 84-cü dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Millimiz növbəti oyununu iyunun 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.