Cümə axşamı 25.04.2024

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk xalını qazandı

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk xalını qazandı

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Yığma komanda Serbiyada Belarusla üz-üzə gəlib.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil edilən qarşılaşmanı Məhəmməd Əl-Hakimin rəhbərliyi ilə isveçli hakimlər briqadası idarə edib. Matç qolsuz yekunlaşıb. Oyunun sonlarında əvəzetmədən meydana daxil olan Qismət Alıyev qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Millimiz qrup mərhələsində növbəti oyununu iyunun 10-da “Dalğa Arena”da Slovakiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus isə Serbiyada Slovakiyaya məğlub olub - 0:1.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup

Belarus - Azərbaycan - 0:0
Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)
Serbiya. Novi Sad “Karadjordje”