news-details
Xəbərlər

"Neftçi" Samir Abasovla vidalaşdı

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib. Klubdan verilən məlumata görə, daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:

1. Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;
2. Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;
3. Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;
4. Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;
5. A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;
6. Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.

Digər xəbərlər