Şənbə 27.04.2024

"Sabah" Azərbaycan millisinin futbolçusunu heyətinə qatdı

"Sabah" Azərbaycan millisinin futbolçusunu heyətinə qatdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun saytının verdiyi xəbərə görə, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.