Cümə 29.03.2024

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya uduzdu

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya uduzdu

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşmanın baş hakimi litvalı Donatas Rumsas olub. Görüşün taleyini bir qol həll edib. Vladimir Vayss Slovakiya yığmasına qələbə qazandırıb.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup

Azərbaycan - Slovakiya - 0:1
Qol: V.Vayss, 81
Baş hakim: Donatas Rumsas (Litva)
Bakı. "Dalğa Arena"