Şənbə 20.04.2024

Azərbaycanın minifutbol yığması Avropa çempionu oldu

Azərbaycanın minifutbol yığması Avropa çempionu oldu

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda 6 qat qitə çempionu Rumıniya yığması ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib.

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.