Cümə 19.04.2024

Davit Volkov "Zirə"ni "Sabah"a dəyişdi

Davit Volkov "Zirə"ni "Sabah"a dəyişdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, Gürcüstan millisinin üzvü Davit Volkovla 2 illik müqavilə bağlanıb.

27 yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” (2020-2022) klublarında çıxış edib.

Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.