Cümə axşamı 28.03.2024

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin çalışdırdığı komanda Bakıda Belarus seçməsini qəbul edib.

"Dalğa Arena"da oynanılan görüşü Anastasios Papapetrunun rəhbərliyi ilə yunanıstanlı briqadası hakimlər idarə edib.

Komandalar arasında II turda keçirilmiş matçda qolsuz bərabərlik qeydə alınmışdı. Budəfəki qarşılaşmada millimiz 2 cavabsız qolla qələbə qazanmağı bacarıb.

Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.

UEFA Millətlər Liqası

IV tur

Azərbaycan - Belarus - 2:0
Qollar: M.Emreli, 76. R.Şeydayev, 90+3.
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (hamısı Yunanıstan).
Bakı. "Dalğa Arena"