Cümə 29.03.2024

DÇ-2022-yə 31-ci vəsiqənin sahibi müəyyənləşdi

DÇ-2022-yə 31-ci vəsiqənin sahibi müəyyənləşdi

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Avstraliya yığması qitələrarası pley-off mərhələsinin final oyununda Peru ilə üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Avstraliya millisi mundiala vəsiqə qazanan 31-ci iştirakçı olub. Onlar DÇ-2022-də Fransa, Danimarka və Tunislə birlikdə D qrupuna düşüb.

Mundiala son vəsiqənin taleyi bu gün Kosta Rika - Yeni Zelandiya görüşündən sonra müəyyənləşəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq.