Cümə 11.07.2025

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli oldu

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Ağdam klubu I təsnifat mərhələsində Polşa təmsilçisi "Lex"i keçəcəyi təqdirdə növbəti raundda İsveçrənin “Sürix” klubu ilə görüşəcək.

"Qarabağ" - "Lex" cütünün qalibi ikinci mərhələdə ilk matçını doğma meydanda keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də təşkil ediləcək.