Cümə 29.03.2024

Namik Ələskərov "Sabah"da

Namik Ələskərov "Sabah"da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Klubdan verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.