Cümə 26.04.2024

“Kəpəz” Elvin Yunuszadəni heyətinə qatdı, "Sabah" Kamara ilə vidalaşdı

“Kəpəz” Elvin Yunuszadəni heyətinə qatdı, "Sabah" Kamara ilə vidalaşdı

"Sabah" futbolçusu Xuan Kamara ilə yollarını ayırıb. İspaniyalı yarımmüdafiəçi ilə ötən mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. 28 yaşlı oyunçu artıq məxsus olduğu Polşa "Yagelloniya"sına qayıdıb. Xuan Kamara 2021-ci ilin iyulundan "Sabah"da çıxış edirdi.

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” isə heyətinə daha bir futbolçu cəlb edib. Gəncə təmsilçisi "Qarabağ" və "Neftçi"nin sabiq üzvü Elvin Yunuszadəni transfer edib. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. “Neftçi", “Simurq”, "Qarabağ", "Sabah", "Səbail", Şimali Makedoniyada "Şkupi", Bosniya Herseqovinada "Çelik"də çıxış edən futbolçunun son iş yeri "Şamaxı" olub.

“Kəpəz” Elvin Yunuszadəni heyətinə qatdı, "Sabah" Kamara ilə vidalaşdı
“Kəpəz” Elvin Yunuszadəni heyətinə qatdı, "Sabah" Kamara ilə vidalaşdı