Cümə 26.04.2024

AFFA Milan Obradoviçlə vidalaşdı

AFFA Milan Obradoviçlə vidalaşdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.