Cümə 29.03.2024

UEFA Region Kuboku Bakıda start götürür

UEFA Region Kuboku Bakıda start götürür

UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin II qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq.

İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

I qrup

“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena

“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena

“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena

II qrup

“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu

“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu

FİNAL

I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu

Qeyd: Bütün oyunlar saat 16:00-da başlayacaq.