Cümə 26.04.2024

"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı

"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı

UEFA Region Kubokunda çıxış edən “Cəbrayıl” komandası ilkin seçmə mərhələnin II qrupunda sonuncu oyununu keçirib.

Şamaxı şəhər stadionunda Belarusun “Kolos” komandasına qarşı keçirilmiş qarşılaşmada 2:6 hesabı ilə məğlub olan təmsilçimiz mübarizəsini dayandırıb.

Komandamızın heyətində 10-cu dəqiqədə Məhəmməd Xəlilov və 30-cu dəqiqədə Rəşad Hamidov fərqlənib.

"Cəbrayıl" ilk oyunda "Kolos"a 1:2 hesabı ilə uduzmuşdu.