Cümə 26.04.2024

"Neftçi" braziliyalı hücumçu ilə vidalaşdı

"Neftçi" braziliyalı hücumçu ilə vidalaşdı

"Neftçi" futbolçususu Ramon Maçado ilə vidalaşıb. Klubdan verilən məlumata görə, braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

"Ağ-qaralar" 27 yaşlı forvarda təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edən Ramon maçadov paytaxt klubunda 28 oyun keçirib və 7 qol vurub.