Çərşənbə axşamı 19.03.2024

"Neftçi" Türkiyə klubu ilə üz-üzə gələcək

"Neftçi" Türkiyə klubu ilə üz-üzə gələcək

"Neftçi"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub.

"Ağ-qaralar" ötən mövsüm I Liqaya vəsiqə qazanan "Sakaryaspor" klubu ilə qarşılaşacaq. İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, sabah Boluya yollanacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.