Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb.
Hüseyn Axundovun dubl etdiyi oyunda millimzin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurub.
Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu sabah İspaniya millisinə qarşı keçirəcək. Komandamız ilk görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzub.