Çərşənbə axşamı 19.03.2024

Millimiz B qrupunda mübarizə aparacaq

Millimiz B qrupunda mübarizə aparacaq

Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.

Millimizin oyunların təqvimini nəzərinizə çatdırırıq:

8 avqust. Saat 19:00
İran – Azərbaycan

10 avqust. 17:00
Səudiyyə Ərəbistanı – Azərbaycan

12 avqust. Saat 15:00
Mərakeş – Azərbaycan

14 avqust. Saat 19:00
Yarımfinal

16 avqust. Saat: 16:00
Üçüncü yer

Saat: 19:00
Final

Qeyd: Oyunları başlama saatı yerli vaxtla göstərilib.