Çərşənbə axşamı 19.03.2024

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başladı

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başladı

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Ağdam klubu I təsnifat mərhələsinin ilk oyununda Polşa təmsilçisi "Lex"in qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşmanın taleyini bir qol həll edib. Mikael İshak ilk hissədə vurduğu qolla "Lex"ə qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Qol: Mikael İshak, 41
Baş hakim: Xose Luis Munuera
Poznan, "Poznan" stadionu