Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.
23 yaşlı hücumçu "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.